Rusiyanın Kipr Respublikasındakı səfirliyi Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) paytaxtı Lefkoşada Rusiya vətəndaşları üçün konsulluq xidmətləri göstərməyə başlayacaq.
“Unikal” xəbər verir ki, bu barədə səfirliyin səlahiyyətli nümayəndəsi TASS-a açıqlamasında bildirib. “Tezliklə Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər müntəzəm olaraq aparılacaq”, - deyə mənbə bildirib.
O əlavə edib ki, sözügedən addımın Rusiyanın Kiprin şimalında yaşayan Rusiya vətəndaşlarına qarşı öhdəliklərinin yerinə yetirilməsi üçün atılacaq.
Nuranə Abbasova