Cənubi Koreyada istilər nəticəsində ölənlərin sayı 27-yə yüksəlib.
"Unikal" xəbər verir ki, beləlikdə ölkədə müşahidə edilən həddindən artıq istidən ölənlərin sayı 2018-ci ildən bəri ən yüksək rəqəmə çatıb.
Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına görə, ölkə ərazisində mövsümi normaları aşan temperatur həyata mənfi təsir göstərməkdə davam edir.