Elçin Behbudov: “Həbsxana məmurları məhbuslara cinayətkar kimi deyil, sayğıya layiq vətəndaş kimi yanaşmalıdırlar”
12:12 28-03-2013
CƏMİYYƏT
Azərbaycan həbsxanalarındakı durum barədə mətbuatda çox yazılıb və bu barədə kifayət qədər eşitmişik də.
Necə deyərlər, bu situasiyanın şərhə ehtiyacı yoxdur. Amma qəribə də olsa, hərdən həbsxanalardan xoş xəbər də gəlir.
Belə ki məhbuslardan biri mətbuat vasitəsilə həbsxanadakı durum barədə məluymat yayıb. O yazır ki, “Mənim cəza çəkdiyim Ədliyyə Nazirliyinin Penitensiar Xidmət idarəsinin 11 saylı cəzaçəkmə müəssisəsinə yenicə təyin olunan ədliyyə polkovnik-leytenantı R.Ə. Bayramovun müəssisəyə gəlişi ilə məhkumların ən ağrılı yeri olan məhkəmələrə məhkumların təqdimatı və onların azadlığa buraxılması sahəsində görülən işlər göz qabağındadır. Bunu danmaq olmaz. Az müddət ərzində neçə-neçə məhkumların məhkəməyə təqdim edilərək şərti olaraq vaxtından əvvəl azadlıqa qovuşurlar. Məhkum edilmiş vətəndaş razılıq edir
əvvəl azadlığa çıxması islahın bariz nümunəsi olmaqla yanaşı digər cəza çəkən məhkumların islahında böyük dönüş yaradıb. Yeni rəhbərliyin addımını bütün məhkumlar ürəkdən alqışlayır və təqdirəlayiq hesab edirlər. Eyni zamanda məhkumların ədalət mühakiməsinə inamını artırır”.
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov “Unikal”a bildirdi ki, “Bəs biz hüquq müdafiəçilərinin istədiyi nədir? Elə biz də istəyirik ki, Azərbaycanın həbsxanalarında vəziyyət normallaşsın və tam şəkildə olmasa da, qismən dünya standartlarına yaxınlaşsın. Axı biz unutmamalıyıq ki, orada cəza çəkən insanlar bir müddətdən sonra yenə də cəmiyyətə dönəcəklər və bizimlə yanaşı olaraq yaşamağa başlayacaqlar. Əgər bu vətəndaş həbsxanadan cəmiyyətə kinli və qəzəbli şəkildə qayıdarsa, uduzan birinci növbədə yenə də biz olacağıq. Cəmiyyət olacaq. Bu amili heç vaxt unutmaq olmaz ki, məhkum edilmiş vətəndaşa cəza kəsib onu həbsxanya qatmaqla problem həll edilmir. Əksinə, problem bundan sonra başlanır. Yəni bu vətəndaş psixioloji və hüquqi baxımdan reabilitasiya mərhələsindən keçməlidir ki, gələcəkdə potensial təhlükə mənbəyi olmasın. Situasiyaya bu baxımdan yanaşanda birinci kadrların üzərinə böyük məsuliyyət düşür. Əsas ağırlıq da onların çiyinindədir. Fikrimcə, həbsxana məmurları məhbuslara cinayətkar kimi deyil, sayğıya layiq vətəndaş kimi yanaşmalıdırlar. Belə olan halda hansısa səbəblər üzündən və yaxud taleyin yazısına görə məhkumluq həyatı yaşayan vətəndaşlarımızın düşüncəsində və psixologiyasında güclü dəyişikliklər baş verə bilər”.
Hüquq müdafiəçisinin sözlərinə görə, “Hazırda həbsxanalardakı ən ciddi problem işsizlikdir. Sovetlərin dönəmində islah müəssisələrinin hamısında iş yerləri var idi. Təəssüf ki, hazırda bu sahədə çox ciddi problem yaşanır”.
Elçin Behbudov bildirdi ki, “Əvvəllər bizim Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığımız olub. Lakin təəssüflər olsun ki, hazırda əməkdaşlığımız yoxdur. Bəzi orqanları tənqid edəndə bu onların xoşuna gəlmir. Lakin əminəm ki, yaxın vaxtlarda bizim aramızda olan problemlər həll olunacaq və əməkdaşlığımız davam edəcək. Mən ədliyyə naziri yanında penitensiar xidmətə nəzarət üzrə İctimai Komitənin ilk üzvlərindən biri olmuşam. Lakin orada bəzi tənqidi fikirlər səsləndirdiyim üçün bu kimlərinsə xoşuna gəlmədi. Monitorinqlərin şəffaf keçirilməsi üçün əvvəlcədən bununla bağlı məlumat vermək olmaz. Onlar isə getməmişdən iki gün qabaq məlumat verib, sonra gedirlər. Bu düzgün deyil. Amma hazırda da Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər də bizə müraciət edirlər. Biz monitorinqlər zamanı gördüyümüz problemləri birbaşa həmin qurumun rəhbərinə çatdırırıq ki, tədbir görülsün. Mənim daxili işlər naziri Ramil Usubovla, həmçinin milli təhlükəsizlik naziri Eldar Mahmudovla çox sıx, işgüzar əlaqələrim var. Onlar hər zaman məni səmimi qarşılayır və problemlərin həll olunmasına diqqət yetirirlər. Ramil Usubov hər zaman bildirir ki, komitədən daxil olan şikayətlər birbaşa onun nəzarəti ilə araşdırılır. Nazir deyir ki, əgər biz sizə “işgəncə faktı təsdiqini tapmadı”, deyə cavab veririksə, elə bilməyin ki, biz o işçini və ya o idarənin rəhbərliyini cəzalandırmırıq. Məktubda adı hallanan polis işçisi və ya həmin idarənin rəhbərliyi mütləq cəzalandırılır. Təəssüflər olsun ki, bəzi jurnalistikadan xəbəri olmayan şəxslər yazırlar ki, niyə hüquq müdafiəçisi nazirlərlə görüşür? Bizim işimiz belədir, əlaqəli işləmək lazımdır. Əgər mən onların rəhbərlik etdiyi qurumda monitorinq keçirdirəmsə, onlarla necə əlaqə saxlamaya bilərəm? Səbayel rayon Polis İdarəsinə yeni bina tikiləndə müvəqqəti saxlanma təcridxanasının gəzinti yerini yaratmamışdılar. Həmin problemi Ramil Usubova dedim. 15 gündən sonra getdim ki, gəzinti meydançası hazırdır. Həmçinin Quba rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanası şahların zamanından qalan zindanları xatırladırdı. Nazirin göstərişi ilə onu bağlayıb, yenisini tikdilər”.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22