İranın Xuzistan əyalətində güclü partlayış olub.

"Unikal" xəbər verir ki, hadisə əyalətin Bağ Malik şəhərinin Əbu əl-Abbas rayonunun Lalab kəndində qeydə alınıb. Hadisə nəticəsində 6 nəfər ölüb.

Əyalətin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri bildirib ki, partlayış nəticəsində həlak olanlardan beşi kişi, biri qadındır.

O, partlayışın səbəbi haqqında məlumatsız olduğunu vurğulayıb.