ABŞ-ın Havay adalarında tüğyan edən meşə yanğınları 30-dan çox insanın ölümünə səbəb olub.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Lahaina şəhəri də daxil olmaqla bütün şəhərləri məhv edən dağıdıcı meşə yanğınlarında 36 nəfərin öldüyü təsdiqlənib.

Bundan başqa, telekanalın məlumatına görə, yanğınlarda onlarla insan xəsarət alıb, bəzilərinin vəziyyəti ağırdır. 2000-dən çox insan təxliyə edilib. Yanğınların söndürülməsi qasırğa küləkləri ilə əlaqədar çətinləşir. 

*** 12:42

Havay arxipelaqının adalarından biri olan Mauidə baş verən böyük yanğınlar nəticəsində azı 6 nəfər ölüb, 11 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Havayda yanğınlar çərşənbə axşamı başlayıb - arxipelaqdan min kilometrdən çox məsafədə tüğyan edən Dora qasırğasını özü ilə gətirən güclü külək nəticəsində yanğın sürətlə yayılıb. Bəzi insanlar alovdan xilas olmaq üçün özlərini okeana atmalı olublar.  

Gülayə Mecid