Rusiyalı mütəxəssislər aprel-avqust ayları ərzində EG.5 və ya “Eris” koronavirusunun yeni variantı ilə 17 yoluxma halı müəyyən ediblər.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu  barədə" Rospotrebnadzor"un mətbuat xidməti məlumat yayıb.  

“Rusiya Federasiyasında EG.5 variantı ilə ilk təcrid olunmuş yoluxma halları 2023-cü ilin aprelində aşkar edilib", - məlumatda deyilir. 

Departament ölkədə bu variantın “hələ geniş yayılmadığını” vurğulayıb.  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Eris"  varinatını nəzarət altında olan seçimlər siyahısına əlavə edib. Dünyada virusu ehtiva edən ilk nümunələr 2023-cü ilin fevralına təsadüf edir. ÜST-nin məlumatına görə, dünyada bu variantın aşkarlanması tezliyi 6,2%-dən 11,6%-ə yüksəlib.  .

Variant Çində, ABŞ-da, Böyük Britaniyada, həmçinin Avropa və Asiyanın bəzi ölkələrində yayılıb. İndiyə kimi 51 ölkədə aşkarlanıb.  

Gülayə Mecid