Naməlum şəxslər İsveçin Livandakı səfirliyinin girişinə molotov kokteyli şəklində bomba atıblar.

“Unikal” “Expressen” nəşrinə isitnadən xəbər verir ki, bomba partlamayıb.

“Hücumun Quranın yandırılması ilə əlaqəsi ola bilər. Biz bunu araşdırırıq və inanırıq ki, cinayətkarları tapacağıq”, – Beyrut polisindəki mənbə isveçli jurnalistlərə bildirib.

Qeyd edək ki, İsveçdə Quranı yandırmağa icazə verilib. Bu, bir çox müsəlman ölkələrində etirazla qarşılanıb. 

Nuranə Abbasova