Yəmən ordusunun briqada generalı Əbdül Lətif əl-Seyid "Əl-Qaidə" terror təşkilatı üzvlərinin silahlı hücumu nəticəsində öldürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, generalı müşayiət edən şəxslər də öldürülüb.
Bildirilir ki, Yəmənin cənubunda generalın avtomobil karvanı silahlı terrorçular tərəfindən partladılıb. Qətlə yetirilən general Əl-Seyid ölkənin cənubunda yerləşən Abyan əyalətinin təhlükəsizliyin təmin edilməsinə cavabdeh idi.