İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsində hakim Vahe Misakyanın sədrliyi ilə Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın dindirilməsi başa çatıb.

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistan mətbuatı məlumat yayıb.  

Növbəti məhkəmə prosesi avqustun 24-nə təyin edilib.

Xatırladaq ki, Ermənistanın 3-cü prezidenti olan Serj Sarkisyan 2008-ci ildən 2018-ci ilə kimi ölkəyə rəhbərlik edib. Serj Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən, ittiham irəli sürülüb. Serj Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun ölkədən çıxışına qadağa qoyulub.

Gülayə Mecid