Kiprdə onlarla pişik koronavirusunun yaratdığı FIP yoluxucu peritonitdən ölüb.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Kiprin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, heyvanların kütləvi ölümünü dayandırmaq üçün baytarlıq xidmətlərinə dərman paylayıb. Həmin dərmanlar COVİD virusunun geniş yayıldığı dönəmlərdə insanların müalicəsində istifadə olunub. Xəstəlik yanvar ayında Lefkoşada başlayıb.

Bundan sonra bir neçə ay ərzində FCoV-23 koronavirusu bütün adaya yayılıb. Bu virusun COVID-19 ilə əlaqəsi yoxdur və hələlik insanların səhhətinə ciddi təsir göstərmir.