Livanın müdafiə naziri Moris Slimə qarşı sui-qəsd təşkil olunub.

"Uniakl"ın məlumatına görə, bu barədə nazirin özü xəbər verib.

Məlumata görə, nazirin korteji Beyrutun Cisr-əl-Başa məhəlləsində naməlum silahlılar tərəfindən atəşə tutulub.

Nazir sui-qəsd nəticəsində xəsarət almadığını, güllələrin arxa şüşəyə dəydiyini qeyd edib.