Türkiyənin Manisa bölgəsində meşə yanğını başlayıb.

"Unikal" "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın Manisanın Kırkağaç rayonunda qeydə alınıb.

Yanğının söndürülməsinə 4 təyyarə, 8 helikopter, 21 su çiləyici, 6 su təchizatı maşını və 3 buldozer cəlb edilib.