Yanğın İran sahillərində maye qaz daşıyan Panama bayraqlı tankerdə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın ölkənin cənubundakı Buşehr əyalətindəki Assaluye şəhərinin limanının direktoru bildirib .

"Saat 15:30-da 40 min ton yük daşıyan Panama bayrağı altında mayeləşdirilmiş neft tankeri yanıb", - limanın direktoru bildirib.

Xidmətlər yanan gəmidən 22 dənizçini xilas edib.

Yanğınsöndürənlər yanğını söndürməyə davam edir.