Ermənistanda əsgər ölümü ilə bağlı iki hərbçi saxlanılıb.

 "Unikal" xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əsgər Jora Karapetyanı intihara sürükləməkdə şübhəli bilinən iki hərbçi həmkarı saxlanılıb.

İlkin istintaqın nəticələrinə əsasən, əsgərin intiharına digər hərbçilərin ona qarşı təzyiq göstərmələri səbəb olub.

***

Avqustun 10-da Ermənistan Silahlı Qüvvələrinin əsgəri Jora Zöhraboviç Karapetyan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.

“Unikal” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.