Gürcüstanda torpaq sürüşməsinin olduğu Oni bələdiyyəsində ölənlərin sayı 24 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze məlumat verib.

Mövcud məlumata görə, hazırda 9 nəfərin axtarışları davam etdirilir.

13:20

Gürcüstanda Şovi təbii fəlakət zonasında daha bir nəfərin cəsədi tapılıb.

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunula da sürüşmə qurbanlarının sayı 22-yə çatıb.

Son məlumatlara görə, 11 nəfər itkin düşmüş hesab olunur. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib.

Şovidə xilasetmə işləri 9-cu gündür ki, davam edir. 

Nuranə Abbasova