ABŞ prezidenti Co Bayden Konqresə Ukraynaya əlavə 24 milyard dollar yardım tələbi göndərib.

“Unikal” “The New York Times”a istinadən xəbər verir ki, xüsusilə, 13,1 milyard dollar Kiyevə hərbi yardıma və bununla əlaqədar Pentaqonun arsenalını tamamlamağa, daha 8,5 milyard dollar Ukraynaya və oradakı vəziyyətdən təsirlənən digər ölkələrə iqtisadi, humanitar və digər yardımlara, 2,3 milyard dollar isə - Ukrayna hakimiyyətinin digər donorlardan yardım alması üçün ayrılacaq. 

Həmçinin, ABŞ administrasiyası təbii fəlakətdən xilasetmə səylərini maliyyələşdirmək üçün 12 milyard dollar almağı gözləyir və 4 milyard dolların sərhəd mühafizəsinə yönəldilməsi planlaşdırılır. Müraciətin ümumi məbləği 40 milyard dollara çatıb.

Nuranə Abbasova