Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerə müdaxilə qərarından sonra Liviya və Çad hücumun baş verəcəyi təqdirdə Nigeri dəstəkləyəcəklərini açıqlayıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Fil Dişi Sahilinin prezidenti Alassane Ouattara Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinə (ECOWAS) üzv dövlətlərin liderlərinin Nigerə hərbi müdaxilənin "mümkün qədər tez" başlamasını təsdiqlədiklərini açıqlayıb.

Bu açıqlamadan sonra Liviya və Çad Nigerə dəstəyini elan edib. 

Nuranə Abbasova