Masazırda


Dünəndən bu günə qədər Masazırda baş verən sürüşmə sahəsinin dərinliyi 30 sm artıb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov bildirib.

Onun sözlərinə görə, sürüşmə prosesi davam edir: “Sürüşmənin qarşısını almaq üçün Nazirlər Kabinetinə təkliflər təqdim edilib. Ərazidən kanalizasiya suları yığılmasa, sürüşmə sahəsi daha da genişlənəcək, torpaq qatı tamamilə sıradan çıxacaq, eyni zamanda həmin sahəyə düşən evlər üçün ciddi təhlükə yaranacaq”.