RF Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı təqsirləndirilən şəxs həbs edilib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Eldar Nəsrullayev təhlükəsizlik tələblərinə cavab verməyən, insanların ölümü ilə nəticələnən səhlənkarlıqda göstərməkdə ittiham olunur.

O, oktyabrın 14-dək həbsdədir. İstintaq hesab edir ki, təqsirləndirilən şəxslər yanacaqdoldurma məntəqəsində otaq kirayələyib və orada 100 ton selitra saxlayıblar.