Pakistanda müvəqqəti hökumət öz işinə başlayıb.

"Unikal" xəbər verir ki, Nazirlər Kabinetinin üzvləri and içib.

Müvəqqəti hökumətin tərkibinə 18 nazir daxildir. Baş nazir səlahiyyətlərini Ənvarul Hak Kakar icra edəcək.

Müvəqqəti hökumətin xarici işlər naziri ölkənin Vaşinqtondakı keçmiş səfiri Cəlil Abbas Cilani olub.