SOCAR "Azəriqaz" İstehsalat Birliyinin vətəndaşlarla növbəti görüşü Goranboy rayonunun Rəhimli kəndində baş tutub.
"Unikal" xəbər verir ki, Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəis müavini Süleyman Qarayev kənd sakinləri ilə görüşərək qaz təchizatı ilə bağlı problemlərini dinləyib. Rayonun Borsunlu, Bağçakürd, Düzqışlaq kəndlərindən, habelə Yuxarı Ağcakənd qəsəbəsindən "Açıq mikrofon"a üz tutan vətəndaşlar üzləşdikləri çətinliklərdən söz açıblar.
Müraciətlər sırasında qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borca görə tutulmanın aşağı faizə salınması, fərdi yaşayış evinin qazlaşdırılması və yaranmış debitor borcun araşdırılması yer alıb. Hər bir sakinin müraciəti fərdi olaraq dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.