Avropa İttifaqına üzv ölkələr təbii qaz çənlərini təxminən 90 faiz səviyyəsində doldurublar.
"Unikal" xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Stefan de Keersmaecker Brüsseldə keçirilən mətbuat konfransında üzv ölkələrin qaz çənlərinin doluluğu ilə bağlı açıqlamalar verib.

Üzv ölkələrin 1 noyabr tarixinə qədər təbii qaz çənlərini ən az 90 faiz nisbətində doldurmağı hədəflədiklərini xatırladan Keersmaecker, "Bu gündən etibarən təbii qaz saxlama nisbəti 89,89-a çatıb", deyə qeyd edib.