Ermənistanda “Aypost” şirkətinin iki əməkdaşı və üç məmur 257 milyon dramı mənimsəməkdə ittiham olunur.

“Unikal” xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, istintaq zamanı əldə edilən məlumatlara görə, Vardenis şəhərinin “Aypost” şirkətində işləyən 52 və 39 yaşlı sakinləri Göycə (Geqarkunik) Vardenis Ərazi Sosial Dəstək Agentliyinin rəhbərinə eyni idarənin iki əməkdaşı tərəfindən həyata keçirilən dələduzluqda yardım ediblər.

Xüsusilə, onların sosial proqramların benefisiarlarına qondarma şəxslərin imzaları ilə saxta siyahılar təqdim etdikləri vurğulanır. Nəticədə A.G. və agentliyin iki əməkdaşı “Aypost” əməkdaşlarının köməyi ilə 257,3 milyon dramı mənimsəyiblər.

Həmin şəxslər barəsində ibtidai istintaq başa çatıb, cinayət işinin materialları ittiham aktının təsdiq edilməsi və işin məhkəməyə göndərilməsi üçün prokurora göndərilib.