Kolumbiyada iki güclü zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
İlk olaraq 6,3 maqnitudalı zəlzələ olub. Daha sonra ikinci dalğanın gücü 5,7 maqnitudalı olub.

Zəlzələnin episentri təxminən 321 min nəfər əhalisi olan Villavisensio şəhərindən 37 km şimal-şərqdə, yerin 14 km dərinliyində yerləşib.

İkinci zəlzələnin episentri həmin şəhərdən 8 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı yerin 8 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.