"Maribor" - "Fənərbaxça" matçında insident yaşanıb.
"Maribor” – “Fənərbaxça” matçında iki komandanın tərəfdarları arasında baş verən davadan sonra sarı-göylü azarkeşlərin stadiondan uzaqlaşdırılmasına qərar verilib.
"Unikal" xəbər verir ki, tribunada baş verən hadisələrə görə 67-ci dəqiqədə dayandırılan "Maribor" - "Fənərbaxça" matçında "Fənərbaxça" azarkeşlərinin tribunaları tərk etmələri üçün anonslar edilib.
"Maribor" tribunalarında açılan pankart bu hadisələrə səbəb olub. UEFA 'nın hadisələrindən sonra yalnız Fənərbaxçalı tərəfdarların tribunalardan çıxarılması reaksiyaya səbəb oldu.
Maribor-Fenerbahçe maçında tribünde yaşanan olaylar. pic.twitter.com/fzK2UKuPLF
— CNN TÜRK Spor (@CNNTURKSpor) August 17, 2023