ABŞ prezidenti Co Bayden Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək üçün “ilkin şərt olmadan” Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır. 

"Unikal" xəbər verir ki,  bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. 

“Bu təklifə müsbət cavab vermədilər, amma hələ də qüvvədədir. Biz heç bir şərt qoymadan oturub danışıqlar aparmağa hazırıq”, - Kirbi bildirib.