Kolumbiyada 6,1 və 5,6 bal gücündə iki zəlzələ ilə sarsılan paytaxt Boqotada bir nəfər 7-ci mərtəbədən atılaraq həyatını itirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Boqota Yanğınsöndürmə Xidmətinin rəsmisi Paula Henao məlumat verib. Onun sözlərinə görə, qadın zəlzələlər səbəbindən qorxu və panikadan özünü pəncərədən atıb.