Moskvanın Xamovniçeski Rayon Məhkəməsinin qərarı ilə ukraynalı iş adamı, “Global Spirits” holdinqinin sahibi Yevgeni Çernyak Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmək işi üzrə qiyabi həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, iş adamı  “terrorçuluğu maliyyələşdirməkdə” ittiham olunur.

Məhkəmə qərarına əsasən, Çernyak Rusiya Federasiyası ərazisinə daxil olduğu andan iki ay müddətinə həbs olunacaq. Ukraynalı axtarışda olanlar siyahısına salınıb.

Gülayə Mecid