Təbrizin Bostanabad şəhərindən İran parlamentinə seçilmiş deputat Qulamrza Nuri Qızılcə “Hicab və İffət Qanunu” layihəsindən danışıb.

"Unikal" xəbər verir ki, o, "Şərq" qəzetinə verdiyi videomüsahibədə layihədə 18 yaşa qədər şagirdlərlə bağlı qaydaların da olduğunu vurğulayıb.

"Şagirdlər məktəbdə hicab qaydalarına məhəl qoymamağa davam edərsə, İranın hüquq-mühafizə və polis qüvvələri ilə tanış olacaqlar. Onlar məcburi hicab barədə üç dəfə xəbərdarlıq aldıqdan sonra məktəbin İntizam Komitəsi tərəfindən polisə təhvil veriləcəklər”, - millət vəkili şagirdləri hədələyib.