Monteneqro Prezidenti Yakov Milatoviç, Balkan regionu ölkələrinin digər liderləri və Aİ nümayəndələri ilə birlikdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "A Plus" portalı məlumat yayıb. 

İclas bazar ertəsi, avqustun 21-də Yunanıstanın paytaxtı Afinada baş tutacaq. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Milatoviç və Zelenskidən başqa, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni, həmçinin Sloveniya, Xorvatiya, Serbiya, Kosovo Respublikası, Albaniya,Şimali Makedoniya, Moldova, Bolqarıstan, Rumıniya Bosniya və Herseqovina liderləri  iclasa dəvət edilib.