Çin Cənubi Çin dənizində Vyetnam və Tayvanın iddia etdiyi mübahisəli Triton adasında hərbi təyyarələr üçün yeni uçuş zolağı inşa edir.

"Unikal" xəbər verir ki, bu barədə Honq-Konqun SCMP nəşri peyk görüntülərinə istinadən məlumat yayıb.

Avropa Kosmik Agentliyinin keçən ay çəkdiyi şəkillərdə Çinin 1974-cü ildən hərbi münaqişədən sonra nəzarət etdiyi Parasel adaları qrupunun cənub-qərb ucu olan Triton adasında 630 metr uzunluğunda uçuş-enmə zolağı və yaxınlıqdakı bina göstərilir.

Yeni uçuş-enmə zolağı iyulun ortalarında çəkilməyə başlayıb.