Yaponiya Müdafiə Nazirliyi iki rus təyyarəsinin uçuşuna cavab olaraq qırıcılarını havaya qaldırıb.

“Unikal” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. 

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyaya məxsus iki İl-38 təyyarəsi Yaponiya və Şərqi Çin dənizləri üzərində səmada görüntülənib.

Təyyarələr Yaponiyanın cənubundakı Okinava və Miyako adaları arasındakı akvatoriyadan keçən bölgədə Rusiya və Çin hərbi gəmilərinin fəaliyyətinin aşkarlanmasından bir gün sonra görüntülənib.

Nuranə Abbasova