Moldova səfiri Lilian Dariya Moldovanın rus diplomatlarını ixtisar etmək qərarına görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

“Unikal” xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda deyilir. 

Nazirlik qeyd edib ki, Kişinyovun Rusiya səfirliyinin işçilərinin sayını azaltmaq qərarı dərin böhranda olan münasibətlərin daha da pozulmasına gətirib çıxarır.

Bundan əvvəl Moldova Rusiya FTX ilə əməkdaşlıqdan imtina edib.

Nuranə Abbasova