ABŞ Müdafiə Nazirliyi Rusiya, İran, Çin və Şimali Koreyanı bioloji silahlar hazırlamaqda ittiham edib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqon hesabat yayıb.  

Hesabatda bildirilir ki, Çin, Rusiya, Şimali Koreya və İran “ənənəvi patogenlər və toksinlər istehsal etmək və istifadə etmək üçün bilik və bacarıqlara malikdir”:

“Bu ölkələr tarixən inkişaf edib və onlardan ən azı biri (Şimali Koreya) qarayara, vəba və toksinlər, o cümlədən botulinum toksini kimi yüksək yoluxucu xəstəliklərə səbəb olan patogenləri inkişaf etdirməkdə davam edir. Çox güman ki, bu ölkələr də lazım gələrsə, bu silahlardan istifadə etmək üçün bilik və bacarıqlara sahibdirlər”.

Nuranə Abbasova