Daxili İşlər Nazirliyi (DİN) istirahət zonalarında təhlükəsizlik tədbirlərini davam etdirir.
DİN-in Mətbuat xidmətindən “Unikal”a verilən məlumata görə, vətəndaşların istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşları fasiləsiz xidmət aparır.
Respublika üzrə xidmətə əlavə canlı qüvvə və avtomobillər cəlb edilib:
“İstirahət zonalarında hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub. İctimai təhlükəsizliyin təmini xidmətimizin əsas meyarıdır”.