ABŞ-ın Kaliforniya ştatının cənubunda 5,1 bal gücündə zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Oksnard şəhərindən 27 kilometr şimal-qərbdə, Sakit okean sahilində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.