Serbiya prezidenti Aleksandar Vuçiç və Macarıstanın baş naziri Viktor Orban Qərbdə dünyada baş verənləri dəyərləndirərkən Vaşinqtonun əleyhinə danışmaqdan çəkinməyən yeganə liderdir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bunu rusiyalı senator Aleksey Puşkov öz teleqram kanalında yazıb.  

"Vuçiç və Orban ABŞ və Qərbin cari siyasətlərinin ümumilikdə Avropa və onun iqtisadiyyatı üçün nəticələri haqqında həqiqəti söyləyən iki Avropa lideridir", - deyə o qeyd edib.  

Puşkov hesab edir ki, digər Avropa liderləri indiki şəraitdə “səssiz qalmağa üstünlük verirlər”.

Gülayə Mecid