Çeçen fəal Mansur Mövlayev Manas hava limanında saxlanılıb.

"Unikal" Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki,  Mövlayevin saxlanılmasına səbəb Çeçenistan lideri Ramzan Kadırovu yenə tənqid etməsi olub.

"O, MTN-in təcridxanasına yerləşdirilib. işi üzrə dövlət vəkili işləyir", - KİV qeyd edib. 

Qeyd edilir ki,  M.M. 2020-ci ildə siyasi və dini mülahizələrə və Çeçenistan hakimiyyətinin tənqidinə görə qondarma iş üzrə üç il müddətinə azadlıqdan məhrum edilib. Mövlayev 2022-ci ildə şərti azadlığa buraxılıb. 

Gülayə Mecid