Ekvadorda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

“Unikal” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 198 min nəfər əhalisi olan Maçala şəhərindən 7 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 60 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Nuranə Abbasova