Xəbər verdiyimiz kimi, Rusiyanın Novqorod vilayətindəki Soltsi hərbi aerodromu avqustun 19-da hücuma məruz qalıb. Hücum nəticəsində Rusiyanın bombardmançı "Tu-22M3" təyyarəsi vurulub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Qeyd olunub ki, Rusiya sözügedən təyyarəni əvəz edə bilməyəcək.

Onu da deyək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi PUA hücumu nəticəsində bir təyyarənin zədələndiyini açıqlasa da, onun hansı təyyarə olduğunu qeyd etməyib. 

Ağarza Elçinoğlu