Pakistanın Pəncab vilayətində sərnişin avtobusu "pikap"la toqquşub. 

"Unikal" xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb. 

Qəzadan sonra nəqliyyat vasitələrinin yanması nəticəsində 20 nəfər ölüb, 15 nəfər yaralanıb. Qeyd olunub ki, "pikap" yanacaq çəlləkləri daşıyırmış. 

Hadisə ilə bağlı araşdırmalara başlanıb. 

Ağarza Elçinoğlu