İstanbulun Esenyurt səmtində, şəhid Erol Olçok Mədəniyyət Mərkəzində naməlum səbəbdən yanğın baş verib.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində qatı tüstü yaranıb. Əraziyə xeyli sayda yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Təxminən bir saat sonra yanğın söndürülüb.

Xəsarət alanın olmadığı bildirilir.

Nuranə Abbasova