İsraildə terror hücumunda bir nəfər ölüb, bir nəfər yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu  barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.  

Bildirilir ki, İordan çayının qərb sahilində Hebron şəhəri yaxınlığında avtomobilə terror hücumu nəticəsində bir israilli qadın öldürülüb, avtomobildəki 39 yaşlı kişi isə ağır yaralanıb. Bildirilir ki, ərazidəki bütün yollar bağlanıb və nəzarətə götürülüb.