Qvatemalada bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda sol mərkəzçi siyasətçi Bernardo Arevalo qalib gəlib.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Rəsmi məlumatlara görə, bülletenlərin 95%-dən çoxu hesablandıqdan sonra Arevalo səslərin 59,1%-ni qazanıb.

Arevalo qeyd edib ki, ona artıq Qvatemalanın hazırkı prezidenti Alejandro Giammattei, həmçinin Meksika və El Salvador prezidentləri də zəng edib, onu qələbə münasibətilə təbrik ediblər.

Seymur Əli