Britaniya polisi Mançester məhkəməsi tərəfindən qətl və 13 yeni doğulmuş uşağı öldürməyə cəhddə təqsirli bilinən keçmiş tibb bacısı Lüsi Letbini daha 30 belə cinayətdə şübhəli bilir.

“Unikal” xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanları 33 yaşlı tibb bacısının 2012-ci ildən 2016-cı ilə qədər işlədiyi Çester və Liverpulda iki şəhər xəstəxanasının perinatal şöbələrində 4 minə yaxın körpənin məlumatlarını yoxlayır. Nəşrin məlumatına görə, polis 30 uşaqla xüsusilə maraqlanır. Onların hamısı sağdır.

Avqustun 18-də məhkəmə 2015-ci ilin iyunundan 2016-cı ilin iyununa qədər Çester xəstəxanasında törədilmiş bir qətl və 13 körpənin öldürülməsinə cəhddən sonra Letbini mühakimə etməyə başlayıb. Keçmiş tibb bacısı özünü günahsız hesab edir və yeni doğulmuşların xəstəxanada gigiyena qaydalarına riayət edilməməsi və işçilərin zəif təlimi ilə əlaqədar ölüyünü iddia edib. Letbi məhkəməyə zorla gətiriləcək. O, ömrünün qalan hissəsini həbsxanada keçirə bilər.

Nuranə Abbasova