Şimali Koreya lideri Kim Çen Inın ABŞ və Cənubi Koreya orduları arasında birgə hərbi təlimin başlamasından sonra ölkəsinin strateji qanadlı raketlərinin sınaq buraxılışını izlədiyini əks etdirən fotosu yayılıb. 

"Unikal" xəbər verir ki, bu  barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. 

Şimali Koreyanın raket sınaqları ilə bağlı verilən açıqlamada gəminin təyin olunmuş hədəfləri "səhvsiz" vuraraq hücum qabiliyyətini və döyüşə hazır olduğunu göstərdiyi qeyd edilib. Ölkənin donanması üçün güclü döyüş gəmilərinin qurulması, gəmi və sualtı silah sistemlərinin modernləşdirilməsi istiqamətində səylərə dəstək verəcəyini ifadə edən Kim, gəmi ilə donanmanın təlimlərini gücləndirməsini, döyüş hazırlığında hər zaman nümunə göstərməsini və hər zaman liderlik etməsini tələb edib.