Ermənistan ərazisində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
“Unikal” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilir ki, zəlzələ ocağı 6 kilometr dərinlikdə yerləşib, Azərbaycanın Gədəbəy, Tovuz və digər rayonlarında hiss olunub.