"İsveçin NATO-ya üzvlük protokollarının Türkiyə Böyük Millət Məclisinə göndərilməsi və prosesin Parlamentdə sürətlə keçməsi İsveçin verdiyi vədlərə sadiq qalması ilə düz mütənasibdir". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Budapeşt səfərindən qayıdarkən deyib. 

Ərdoğan qeyd edib ki, parlament bu məsələ ilə bağlı qərar verəcək: "Bu məsələnin Parlamentimizdə, komissiyalarımızda nə qədər müzakirə ediləcəyini, nə qədər vaxt aparacağını bilmirik. İsveç ilk növbədə Stokholm küçələrini qorumalıdır. Stokholm küçələrini qorumasalar, müqəddəs və müqəddəslərimizə qarşı bu hücumlar davam edərsə, sonra peşman olmasınlar..."

Ağarza Elçinoğlu