Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrda üz-üzə görüşmək ümidindədir.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. 

“Sentyabrda Hindistanda G20 toplantısı və Birləşmiş Ştatlarda BMT Baş Assambleyasının iclası keçiriləcək. Bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşüb danışacağıq”, – deyə Ərdoğan bildirib. 

O həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Putinin Türkiyədə görüşmələrini istəyir. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl jurnalistlərə bildirib ki, Putin və Ərdoğan görüşün yeri və tarixini ən qısa zamanda dəqiqləşdirmək barədə razılığa gəliblər. 

Nuranə Abbasova