30 iyul-25 avqust tarixlərində Bakıda Şahmat üzrə Dünya Kuboku keçirilir.
"Unikal" xəbər verir ki, sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun “Open” yarışında 309 şahmatçı iştirak edir. Azərbaycan şahmatçısı Nicat Abasov yarımfinala qədər irəliləməklə Dünya Kubokunun ən güclü dörd iştirakçısından biri olduğunu nümayiş etdirib.
Xatırladaq ki, Dünya Kuboku Bakıda ikinci dəfə təşkil olunur. Bu mötəbər yarış Azərbaycanda ilk dəfə 2015-ci ildə keçirilib.Bu münasibətlə “Azərpoçt” MMC tərəfindən 4000 tirajla, blok şəklində poçt markaları hazırlanıb və dövriyyəyə buraxılıb.
Markalar “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov və Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov tərəfindən möhürlənib.
Qeyd edək ki, şahmat filatelistlərin daima marağında olan mövzudur.